7 avqust 2013 21:04
Güclü leysan yağışı Qarabağ üçün problem yarada bilər
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la İsveç “Gefle”si arasındakı cavab matçı güclü yağış altında keçirilə bilər. Azerisport.az xəbər verir ki, qarşılaşmanın baş tutacağı Sundsvall şəhərində hazırda güclü leysan yağışı hökm sürür.
Bu yağış komandamızın saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) keçirilməsi nəzərdə tutulan oyun öncəsi son məşqinə də təsir göstərə bilər. Çünki “Qarabağ”ın belə leysan şəraitində istənilən səviyyədə hazırlıq keçməsi inandırıcı görünmür.
Qeyd edək ki, “Gefle” – “Qarabağ” oyunu sabah Sundsvalldakı “Norrporten Arena”da keçiriləcək və saat 22:00-da start götürəcək.
