7 avqust 2013 21:19
Per Olsson: Geflenin uğur qazanmaq üçün yaxşı şansı var
İsveçin “Gefle” klubunun baş məşqçisi Per Olsson Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“İlk oyunda uduzmağımıza (0:1) baxmayaraq, “Gefle”nin uğur qazanmaq üçün yaxşı şansı var. Əgər siz buna inanmaq istəyirsizsə, sadəcə komandanın tapşırıqları necə yerinə yetirdiyinə diqqət yetirin. Düzdü, çempionat bizim üçün avrokuboklardan daha vacibdi. Amma bu, heç də o demək deyil ki, biz iki cəbhədə də mübarizə apara bilmərik”.
