7 avqust 2013 22:05

Tahir Gözəl: Artıq Qafqaz Barcelonasının qrupda çıxış etmək zamanıdı

Sabah “Qarabağ” Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubunnu qonağı olacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubunun vitse-prezindenit Tahir Gözəl hər zaman olduğu kimi komandasını bu vacib görüş öncəsi də yalnız buraxmayıb.  Komandayla birgə İsveçə yollanan türkiyəli iş adamı klub saytına həm sabahkı oyun, həm də qarşıdakı hədəflər barəsində danışıb.
 
- Tahir bəy, sabah “Qarabağ” vaxib oyuna çıxacaq. Komandadan nə gözləyirsiz?
- Əvvəla onu bildirim ki, “Qarabağ”ın cari uğurları hər kəs kimi, məni də qürurlandırır. Sabahkı oyun bizim üçün çox vacibdi. Bizi çətin qarşılaşma gözləyir. Amma hədəfimiz turu keçməkdi. Bunun üçün bura gəlmişik. “Qarabağ”ın bu mövsüm Avroliqada ən çox xal toplayan 3 komandadan biri olması məni qürurlandırır. Biz yeni rekordlar, yeni uğurlar üçün burdayıq. Bunun üçün sabah meydana çıxıb aslanlar kimi mübarizə aparacağıq.
 
- Hələ avrokuboklar başlamamışdan öncə verdiyiniz açıqlamada “Qarabağ”ın hədəfinin qrup mərhələsi olduğunu bildirmişdiniz...
- Bəli. Çox şükürlər olsun ki, bu yolda əmin addımlarla irəliləyirik. “Qarabağ” son illərdə böyük sıçrayışa və önəmlisi stabilliyə nail olub. Bu, bizim ən böyük uğurumuzdu. Biz bir ailə kimi formalaşa bilmişik. Belədə hədəflərimiz də böyüyüb. Zatən, bizim üçün xüsusi köklənməyə ehtiyac yoxdu. Qarabağ adı özü bir hədəfdi. Komanda udanda da, uduzanda da mən onun yanındayam. Biz “Qarabağ” ailəsiyik və fərqimizdən qürur duyuruq.
 
- Əksəriyyətin fikrincə, bu “Qarabağ” tarixin ən güclüsüdü. Bu fikirlə razısızmı?
- Təbii ki, komandam haqqqında belə sözlər eşitmək xoşdu. Zənnimcə, son transferlərimiz olduqca uğurlu alınıb. Üstəlik, “Qarabağ”dakı sabitlik də  uğurumuzun əsas tərəfidi. Artıq “Qarabağ” deyiləndə ciddiyə alınan, fərqi hiss olunan, ehtiramla qarşılanan bir klub formalaşıb. “Qarabağ” bir çiçək kimi ən yaxşı bal arılarını özünə cəlb edə bilib. Bəli, ona görə də razılaşıram ki, bəlkə də bu “Qarabağ” tarixinin ən güclüsüdü. Amma bu bizi üçün sonuncu hədəf deyil. Daim inkişaf etmək, tədricən böyüməklə daha da möhkəmlənmək istəyirik.
 
- Artıq, uzun illlərdi “Qarabağ”a rəhbərlik edirsiniz. Uğurun kökü sizin daim komandanın dəstəkləməsində dayanır...
- Bizim üçün “Qarabağ” bir futbol komandası deyil. “Qarabağ” şübhəsiz, Qarabağ həqiqətlərinin ən böyük təbliğat maşınıdı. İdmanda uğur qazanmaq da olar, pis nəticələrlə də qarşılaşmaq olar. Ötən mövsüm AZAL-a 2:6 hesabıyla məğlub olduq. Nə etməliydik? Hər şeyi dəyişməliydik? Biz bir kərə inandığımız işi görürürk. Mən klubdakı hər bir şəxsə inanıram. Onlara inandığım üçün burdadılar. Nə oldu? Həmin komanda bu il Azərbaycanın Avropadakı tək təmsilçisidi. Nə qısa zəfərlər, nə də ki, qısa məğlubiyyətlər bizim üçün əsas deyil. Qarabağ adını ləyaqətlə daşımaq ən böyük uğurdu. Sevinirəm ki, bu gün çəkilən əməyimizin boşa getmədiyini göstərir.
 
- 10 ildi “Qarabağ”ın başındasız. Yəqin, yubiley hədiyyəsi istərdiz...
- “Qarabağ” adı mənim üçün elə ən böyük hədiyyədi. Yox, əgər idman uğuru istəyirsinizsə, təbii ki, qrup mərhələsinə düşmək mənə ən böyük hədiyyə olardı. Mən buna inanıram. Artıq, “Qafqaz Barcelona”sının qrupda çıxış etmək zamanıdı. Hə, o, başqa ki, bizi pley-offda çox güclü komandalar gözləyir. Biz bunu  başa düşürük. Amma hər şey arzudan başlayır, əzmkarcasına çalışmaqla davam edib hədəfə çatmaqdan gedir.
 
- Sabahkı görüşdə Riçard Almeyda olmayacaq. Bunu komanda üçün itki hesab edirsinizmi?
- Əlbəttə, Riçinin sabah komandamızla birgə olmağını istərdik. Şəxsən, mən braziliyalının oyununu çox bəyənirəm. Amma indi oturub təəəssüflənməklə heç nə əldə edə bilmərik. Sabah meydanda başqa “Qarabağ”lılar çıxacaq. Meydandakı bir “Qarabağ”lı futbolçu 100 000 məcburi köçkün üçün oynayacaq. Milyonlarla insan futbolçularla birlikdə meydanda mübarizə aparacaq. Biz sabah meydanda  bütün Azərbaycanın ürəyini, sevgisini daşıyacağıq.
 
- Hər kəs “Qarabağ”ın başqanından ümid gözləyir. Nə deyə bilərsiz azarkeşlərimizə?
- Öncə hər kəs birləşib “Gefle” səddini keçməliyik. Mən tur deyil, zəfər gözləyirəm “`Qarabağ”dan. Bu turu keçsək, pley-off mərhələsi gəlir. Hamımız birləşməliyik. “Qarabağ”da birləşməliyik. İstərdim ki, stadionumuzda bu oyun zamanı bir yer də boş qalmasın. Hər kəs “Qarabağ”ın gücünü, qüdrətini, bir ailə olmasını görsün. Amma öncə “Gefle” ilə matçı fikirləşməliyik. Bu oyundakı qələbə bizim üçün çox vacibdi. Mən buna hər bir “Qarabağ”sevər kimi inanıram. “Qarabağ” turu keçmək üçün ruhunu meydana qoyacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.