8 avqust 2013 23:47
Qarabağ Gefleyə səfərdə də qalib gəlib, pley-offa vəsiqə qazandı (YENİLƏNİB)
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Komandamızın bu dəfəki rəqibi İsveçin “Gefle” klubu idi. Avrokuboklarda ilk dəfə üçüncü təsnifat mərhələsinə vəsiqə qazanan və İsveç çempionatının autsayderlərindən olan rəqibi ilə müqayisədə daha böyük Avropa təcrübəsinə malik Ağdam klubu bu komandanı da keçməyə borclu idi. Təmsilçimiz bu yolda ilk addımını uğurlu atmışdı və öz meydanında minimal hesablı qələbəyə sevinmişdi. İndi qalırdı bu uğurun davamını səfərdə də gətirmək. Təmsilçimiz gözlənildiyi kimi, səfərdə daha yaxşı oyun sərgiləyərək, pley-offa vəsiqəni təmin edib.
Xatırladaq ki, “Qarabağ” bundan öncə Makedoniyanın “Metallurg” (hər iki oyunda 1:0) və Polşanın “Piast” (2:1, 2:2) klublarını mübarizədən kənarlaşdırmışdı.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)
8 avqust
Gefle - Qarabağ - 0:2 (0:1)
Qollar: Çumbinyo, 41 (0:1), Reynaldo, 50 (0:2)
Baş hakim: Stefan Klossner (İsveçrə).
Sundsvall. “Norrporten Arena”.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
5. Matçın ilk dəqiqələri sakit məcrada və mərkəzdə keçir
7. Kapolonqonun uzaqdan zərbəsi qapıdan yan keçir
10. Oyunda ilk korneri "Qarabağ" əldə edir. Amma müdafiəçilər topu uzaqlaşdırırlar
13. İsveçilərin hücumu zamanı Varvodiç topa sahib çıxır
16. Çumbinyonun uzaqdan zərbəsi qapıdan aralı keçir
18. Lundevalın zərbəsi dəqiq olmur
20. Kapolonqo əla əks-hücum şansını boşa verir
21. Komandamız daha bir korneri boşa verir
21. Aqollinin uzaqdan zərbəsini qapıçı kornerə çıxarır. Korner vuruşundan yenə heç nə alınmır
25. Reynaldo zərbə mövqeyinə çıxsa da, Hüqosson səddini keçə bilmir
30. Komandamızın qapısı ağzında təhlükə yaransa da, Varvodiç topa sahib çıxır
33. Son dəqiqələrdə rəqib üstünlüyü ələ alıb və hücumlar qurmağa çalışır
35. Çumbinyonun təhlükəli zərbəsini qapıçı tutur
36. Varvodiç uzaqdan zərbə zamanı topu kornerə çıxarmaqla qola imkan vermir. Rəqibin korner vuruşunu müdafiəçilərimiz zərərsizləşdirirlər
41. QOOOOOOOOOOOOOOOOOOOOOL! Çumbinyo! Ağdamlıların yeni transferi Medvedevin əla ötürməsini dəqiq baş zərbəsi ilə tora qovuşdurdu - 0:1
44. Orlovun zərbəsi kornerlə nəticələnir. Korner vuruşu zamanı isə futbolçularımız sayıq oynayırlar
45+1. Oremonun zərbəsini Varvodiç tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. QOOOOOOOOOOOOOOOL! Reynaldo öncə üç müdafiəçini, ardından qapıçını da aldadıb möhtəşəm qola imza atdı - 0:2
55. Komandamız təşəbbüsü, eyni zamanda topu özündə saxlağama çalışır
58. Varvodiç komandamızı qoldan xilas etdi
59. İsveçlilərin korner vuruşu zamanı rəqib futbolçunun həlledici zərbəsi qapının üstündən keçir
60. "Gefle" iki əvəzetməyə əl atır: Orlovu Bellander, Hanssonu Abdulay əvəzləyir
65. İsveç təmilçisi ikinci qoldan sonra demək olar ki, ruhdan düşüb və çox həvəssiz hücumlar təşkil edir
66. Kapolonqonu Gelaşvili əvəzləyir
68. Komandamız çox əla hücum təşkil etsə də, Reynaldo yüz faizlik qol şansını boşa verir!
72. L.Corcu M.Muarem əvəzləyir
74. "Gefle"də son dəyişiklik: Faltsetası Pekezela əvəzləyir
77. Meydan sahiblərinin korner vuruşu zamanı A.Teli topu uzaqlaşdırır
80. "Qarabağ" üçüncü qol üçün çalışsa da, bunu ehtiyatlı şəkildə etməyə üstünlük verir və irəli böyük qüvvə ilə atılmır
85. Çumbinyonu M.Səttarlı əvəzləyir
85. "Gefle" yüz faizlik qol epizodu yaratsa da, Varvodiç və müdafiəçilərimiz inanılmaz şəkildə topun qapıdan keçməsinə imkan vermirlər
90. Matçın əsas vaxtına iki dəqiqə əlavə olunur
Matç başa çatdı. "Qarabağ" pley-offda!
GEFLE: 1. Mattias Hüqosson (k), 3. Yonas Olsson, 4. Anders Vikström, 14. Yens Portin, 16. David Fallman, 7. Aleksandr Faltsetas. 8. Simon Lundevall, 19. Markus Hansson, 9. Yohan Oremo, 10. Yakob Orlov, 15. Mikael Dahlberq.
Ehtiyat oyunçular: 22. Emil Hedvall, 2. Olof Mard, 6. Par Asp, 11. Sive Pekezela, 5. Zəkəriyyə Abdullay, 25. Yoahim Adukor, 20. Emil Bellander.
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 9. Reynaldo, 16. Leroy Corc, 70. Çumbinyo, 88. Ulrix Kapolonqo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 6. Hacı Əhmədov, 11. Nikoas Gelaşvili.
