9 avqust 2013 03:26
Elhadsız Petrolul Avroliqada mərhələ adladı (YENİLƏNİB)
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı Rumıniyanın “Petrolul” klubu da bu turnirdə növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası bu mərhələdə “Vitesse” ilə mübarizə aparırdı. Rumınlar ilk oyunu evdə keçirsələr də, heç-heçə ilə kifayətənməli olmuşdular – 1:1. Lakin bu görüşdə böyük əzmkarlıq nümayiş etdirən "Petrolul" qələbə qazanaraq mərhələ keçib.
Bu görüşdə Elhadın adı ümumiyyətlə matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Petrolul” bundan əvvəlki mərhələdə Farer adalarının “Vikingur” klubunu mübarizədən kənarlaşdırmışdı. Nəziri “Vitesse” ilə ilk görüşdən fərqli, həmin oyunların hər ikisində meydana çıxmaq şansı qazanmışdı.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)
8 avqust
Vitesse (Hollandiya) - Petrolul (Rumıniya) - 1:2
