7 avqust 2013 11:05

Qara Qarayev: Pley-offa vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi
 
- Avropa Liqasında sizi növbəti sınaq gözləyir. Üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində qarşılaşacağınız “Gefle” ilə səfər matçından nə gözləyirsiz?
- Biz bura mərhələ adlamaq üçün gəlmişik. Komandamız bu oyuna ciddi hazırlaşıb. Bakıya qənaətbəxş nəticə ilə qayıtmaq istəyirik. Pley-offa vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
 
- “Gefle” ilə Bakıdakı oyundan sonra bu komandanı əvvəlki mərhələdə üz-üzə gəldiyiniz Polşa “Piast”ı ilə müqayisə edənlər çoxdu...
- Fikrimcə, hər iki komandanın özünəməxsus güclü tərəfləri var. Məsələn, isveçlilər müdafiədə daha güclüdülər. Biz “Gefle”nin müdafiə xəttini çox çətinliklə yara bilirdik. “Piast” isə əksinə, hücumda daha təhlükəli komanda idi.
 
- İsveçə daha sərfəli nəticə ilə gələ bilərdiniz. İlk oyundan sonra belə bir fikir sizi narahat etmir?
- Biz ilk oyunda qalib gəlməyi çox istəyirdik. Çünki ev oyununda qələbə qazanmaq vacib idi. Minimal hesabla da olsa, istəyimizə çatdıq. Məncə, 1:0 bizim üçün daha sərfəli nəticədi. Hər halda cavab matçı öncəsi bizdə heç bir arxayınlıq yoxdu və oyuna ciddi hazırlaşırıq. Əksinə olsaydı, bəlkə də arxayınlıq yarana bilərdi.

- Riçard Almeydanın yoxluğunda sizə çətin olmayacaq ki?
- Həqiqətən Almeyda ilə uzun müddətdi birgə oynayırdıq və onunla yaxşı anlaşırdıq. Amma nə etmək olar? Bu oyunda onun yoxluğunu hiss etdirməmək üçün əlimizdən gələni etməliyik.
 
- Çumbinyo barədə nə deyə bilərsiz?
- Onun “Qarabağ”dakı ilk məşqindən etibarən mənim bu futbolçuya simpatiyam yarandı. Həm futbolçu, həm də insan kimi. “Qarabağ”dakı ilk oyunundaca özünü sübut etdi.
 
- “Qarabağ”da Almeyda, Reynaldo, Çumbinyo üçlüyünü xüsusi fərqləndirməyə başlayıblar. Sizə elə gəlmir ki, Qara Qarayev onların kölgəsində qala bilər?
- Mən belə düşünmürəm. Etiraf edim ki, mən də daha çox müzakirə olunan, diqqət mərkəzində olan futbolçulardan biri olmağı istərdim. Amma onlar yaradıcı planda futbol oynayırlar. Mən isə əskinə, dağıdıcı futbol oynayıram. Ona görə də bu, normaldı.
 
- 20 yaşınız olsa da, artıq “Qarabağ”ın əsas heyət oyunçususuz. Buna necə nail olmusuz? Azərbaycan millisində də əvəzedilməz oyunçuya çevrilə biləcəksiz?
- Mənim futbolçu kimi formalaşmağımda Aslan Kərimovun xidməti böyükdü. Mən həmişə onu özümə nümunə götürmüşəm. Onun işə yanaşması, peşəkarlığı həmişə xoşuma gəlib. Yığmaya gəlincə, təbii ki, mən də bunu çox istərdim. Son oyunlara dəvət olunmağa başlamışam. Gələcək oyunlarda da millinin heyətində yer almaq istəyirəm.
 
- Millidə özünüzə əsas rəqib kimi hansı ftubolçuları görürsüz?
- Mən hələ o səviyyəyə çatmamışam ki, hansısa futbolçuların mənimlə rəqabət aparmasından bəhs edim. Özüm müəyyən futbolçularla rəqabət yaratmağa çalışıram. Yığmada Rahid Əmirquliyev, Ruslan Abışov kimi futbolçular var. Onlar əsas heyət oyunçularıdılar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.