7 avqust 2013 12:01
Qarabağa Gözəl dəstək (FOTO)
Daim “Qarabağ”ın yanında Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl bu dəfə də ənənəsinə sadiq qalıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Gefle”nin qonağı olacaq komanda artıq İsveçdədi.
Tahir Gözəl də komandanın yanında olduğunun əyani nümayişi kimi komandayla birlikdə Sundsvala uçub.
O, oyunun keçiriləcəyi “Norrporten Arena”ya baş çəkib. Komandadan daha öncə stadiona gələn başqan komandayla ətraflı maraqlandığını və inandığını göstərib.
