8 avqust 2013 00:02
Leroy Corc: Gefle ilə cavab matçı tam fərqli olacaq
“Qarabağ”ın futbolçusu Leroy Corc Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizi çətin oyun gözləyir. Cavab matçı Bakıdakından fərqli keçəcək. Biz Bakıda 2 və ya 3 cavabsız qolla qalib gəlib növbəti mərhələyə vəsiqənin taleyinə böyük ölçüdə aydınlıq gətirə bilərdik. Amma ələ düşən qol şanslarından yaxşı yararlanmadıq. İndi mərhələ keçmək üçün səfərdə mütləq qol vurmağımız lazımdı. Mümkündü ki, indiki halda 1:0 hesablı qələbə bizim xeyrimizədi. Çünki komandada heç bir arxayınlıq müşahidə olunmur”.
