8 avqust 2013 00:11
Qurban Qurbanov: Belə qazonda oynamağa hazır idik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Oyunun keçiriləcəyi qazon pisdi. Amma biz buna hazırıq. Oyun günü səhər də məşq keçəcəyik. Biz artıq çoxdan bu təcrübədən yararlanırıq. Adətən onun başlama saatını oyunun keçirilmə saatına uyğun təyin edirik. Güman ki, saat 10:00 və ya 11:00-da məşq edəcəyik”.
