8 avqust 2013 00:29
Qarabağın Gefle ilə matçını 1500 azarkeş izləyəcək
“Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hələlik “Gefle” – “Qarabağ” matçına 1000-dən bir qədər artıq bilet satılıb.
Bütövlükdə isə bu oyun üçün 4000 bilet satışa çıxarılıb. Lakin təmsilçimizin oyununa 1500-dən artıq azarkeşin gəlməsi gözlənilmir. Onların da təxminən 100 nəfəri azərbaycanlı azarkeşlər olacaqlar.
Qeyd edək ki, “Gefle” – “Qarabağ” matçı bu gün Sundsvalldakı “Norrporten Arena”da keçiriləcək. Bu arena 8500 azarkeş tutumuna malikdi.
“Qarabağ”ın “Gefle” ilə Bakıdakı oyunda 1:0 hesabıyla qalib gəldiyini də qeyd edək.
