8 avqust 2013 00:34
Yığmamız Qazaxıstana qalib gəldi
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib. Azerisport.az xəbər verir ki, Qazaxıstan yığması ilə qarşılaşan futbolçularımız 2:0 hesabı ilə qələbə qazanıb.
Qolları Kader Alimova və Yasminne Gluic vurub.
