8 avqust 2013 00:37
Berti Foqts Kərimovu Qəbələyə , Süleymanovu Lənkərana göndərir
Azərbaycan milli komandasının məşqçiləri Topaz Premyer Liqasının ikinci turu çərçivəsində baş tutacaq oyunları canlı izləyəcəklər. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, baş məşqçi Berti Foqtsun göstərişinə əsasən, Nazim Süleymanov avqustun 11-də keçiriləcək "Xəzər Lənkəran" - "Simurq" oyununu, Aslan Kərimov isə "Qəbələ" - "İnter" qarşılaşmasını izləyəcək.
