7 avqust 2013 13:04
Neftçi və Bakının sabiq üzvü yığma komandanın baş məşqçisi olacaq
Futbolçu karyerasını Azərbaycanda başa vurmuş yarımmüdafiəçi Vadim Borets bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. Azerisport.az xəbər verir ki, o, Moldovanın U-15 yığma komandasının çalışdırıcısı olacaq.
Bu barədə Moldova Futbol Federasiyasının məşqçilər komitəsinin iclasında qərar qəbul olunub. Böyük ehtimalla onun namizədliyi dəstəklənəcək və Borets tezliklə yığmanın sükanı arxasına keçəcək.
Qeyd edək ki, Vadim Azərbaycanda həm “Neftçi”, həm də “Bakı”da top qovub. O, elə futbolçu karyerasını da paytaxtın eyniadlı klubunda başa vurub.
