7 avqust 2013 13:25
Bakının iki futbolçusu Litva yığmasına dəvət olundu
Futbol üzrə Litva milli komandası Lüksemburqla yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bununla əlaqədar litvalıların məşqçi heyəti “Bakı”nın iki futbolçusuna dəvət göndərib.
Bunlar Mindauqas Kalonas və Deyvidas Çesnauskidi.
Qeyd edək ki, Lüksemburq – Litva yoldaşlıq oyunu 14 avqust tarixində baş tutacaq.
