7 avqust 2013 13:48

Ruslan Əmircanov: Bütün günahı hücumçularda görmək düzgün deyil

“İnter”in müdafiəçisi Ruslan Əmircanovun azerisport.az saytına müsahibəsi
 
- Siz hələ “İnter”ə keçməzdən öncə də bu komandanın qalib gələ bilmədiyi “Qarabağ”la yenə bacarmadınız. 2010-cu ildən davam edən bu sindromun səbəbini nədə görürsüz?
- Bizim bu komanda ilə oyunlarda bəxtimiz gətirmir. Artıq dörd ildi ki, bu, davam edir. Ağdamlıları yaxşı analiz etmişdik. Yenə də alınmadı. Baxmayaraq ki, hesabı açmışdıq, üstün oyun sərgiləyirdik.
 
- Ağdamlılar sizinlə müqayisədə Avroliqada çıxış etdikləri üçün həm də yorğun idilər və meydana optimal heyətlə çıxmamışdılar...
- (gülümsəyir) Üzücü olsa da, belədi. Bizim hücumçularımız, eləcə də hücumameylli futbolçularımız son zərbələrinin dəqiqliyi üzərində daha çox çalışmalıdılar. Qol epizodlarını çox sağa-sola xərcləyirik.
 
- Deməli, komandada yaxşı hücumçu yoxdu?
- Niyə ki? Bizim yaxşı hücumçularımız var. Sadəcə, üzərlərində bir qədər də çox işləmələri lazımdı ki, yaradılan qol epizodlarından bir qədər də yaxşı istifadə edə bilsinlər.
 
- Amma baş məşqçiniz hücumda ciddi problemlərinizin olduğunu deyir...
- Hər halda o, elə düşünür. Amma mən bütün günahı hücumçuların üzərinə atmaq istəməzdim. Dünyada hücumçusuz oynayan komandalar da az deyil. Məsələn, “Barcelona” məhz belə oyun oynayır. Amma Messi, Xavi, İnyesta kifayət qədər qol vurur.
 
- “İnter”də isə Xavi, İnyesta, Messi yoxdu. Deməli, yaxşı hücumçuya ehtiyac var...
- (gülür) Transfer pəncərəsinin bağlanmasına xeyli vaxt var. Əgər məşqçilər korpusu bu mövqeyə yeni oyunçu almaq istəsələr, yəqin ki, alarlar.
 
- “İnter” üçün mövsüm heç də uğurlu başlamadı. Öncə Avroliqada mübarizəni dayandırdınız, ardından çempionata məğlubiyyətlə başladınız. Komandada atmosfer necədi?
- Biz Avropa Liqasında uğurlu çıxış etməyi çox istəyirdik. Amma alınmadı. Mümkündü ki, bu, psixoloji cəhətdən komandaya təsir göstərib. Lakin bu, dünyanın sonu deyil. Qarşıda uzun mövsüm var. Növbəti oyunumuz “Qəbələ”yə qarşıdı. Hər halda bu uğursuzluqları unutdurmaq üçün kifayət qədər şansımız olacaq.
 
- Növbəti rəqibiniz ilk turda “Bakı”ya qalib gəlib (2:1) və yəqin ki, sizdən fərqli daha yaxşı əhval-ruhiyyədədilər...
- Bu oyuna qədər toparlanmalı və yeni mövsümdə ilk xallarımızı qazanmalıyıq. Mövsümün startına üç xal itirmək istəməzdik. Amma artıq “Qarabağ”la oyun geridə qalıb və növbəti oyuna köklənməliyik. “Qəbələ” ilə oyunumuz da asan olmayacaq. Çünki bu komanda ötən mövsümlə müqayisədə çox artırıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.