8 avqust 2013 01:53
Qarabağ Gefleyə səfərdə də qalib gələcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveç “Gefle”si ilə cavab matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Respondentlərin əksəri “Qarabağ”ın səfərdə də qalib gələcəyinə inanır. Bu varianta sorğuya qatılanların 70 faizi (240 səs) şərik çıxıb.
Heç-heçə olacağına isə 24 faiz (82) səs verilib.
“Gefle”nin qələbə qazanacağını proqnozlaşdıranlar çox cüzidi.
