8 avqust 2013 01:59

Qarabağ məşq etdi, Gözəl futbolçularla görüşdü, Qurbanov danışdı

“Qarabağ “Gefle” ilə oyuna hazırdı. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində  İsveç komandasıyla cavab görüşünə çıxacaq təmsilçimiz Bakı vaxtı ilə 22:00-da məşqə çıxdı.
 
Oyunun keçiriləcəyi “Norrporten Arena”dakı məşq 1 saat davam etdi. Ənənəvi olaraq baş məşqçi Qurban Qurbanov futbolçuları çox yükləmədi. Müəyyən toplu hərəkətlərin ardından “kvadrat” oynanıldı. Vüqar Nadirov fizioterapevt nəzarətində xüsusi olaraq çalışdı.
 
Məşqi izləyənlər arasında “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl də vardı. O, məşq bitəndən sonra yaşıl meydançadaca da komandayla görüşdü. Bütün Azərbaycanın “Qarabağ”dan qələbə gözlədiyini bildirən klub rəsmisi onlara inandığını bildirdi. Sonra Tahir Gözəl hər bir futbolçuyla görüşərək onlara uğur arzuladı.
 
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da oyun öncəsi fikirlərini açıqladı: “Gefle” ilk oyunda göstərdi ki, sıradan bir komanda deyil. Bizimlə doğma meydanda başqa cür oynayacaqlar. 3-4 fərqli sxemli oyun üslübları var. Hər bir şeyə hazır olmalıyıq. 90 dəqiqə, lazım olsa, daha çox oyun intizamını pozmamalıyıq. Tur  üçün mübarizə aparacağıq. Amma sona qədər döyüşmək lazımdı. Rəqib uzunboylu futbolçulardan ibarətdir. Bundan istifadə etməyə çalışacaqlar. İstənilən halda biz də özü oyunumuzu göstərməyə çalışacağıq”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.