7 avqust 2013 14:06
Qol vuran qazanır!
Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Rəvan” ilk ev oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, “Bayıl Arena”da “aslanlar” “Neftçi” ilə qarşılaşacaq.
Ramil Əliyevin komandası bu oyuna ciddi hazırlaşır. Bu arada tarixə boylanmağa da dəyər.
Belə ki, bu, sözügedən komandalar arasında 5-ci paytaxt derbisi olacaq. İndiyə qədər tərəflər arasında baş tutmuş 4 qarşılaşmada “Rəvan”ın 1, “ağ-qaralar”ın isə 3 qələbəsi var.
“Rəvan”ın "Neftçi” ilə oyunlarında maraqlı tendensiya yaşanır: qol vuran tərəf qalib gəlir! Yəni hər oyunda yalnız 1 komanda fərqlənir.
Son 3 dueldə meydan sahiblərinin qalib gəldiyini də vurğulayaq. (klub saytı)
|
14.08.2011
|
Rəvan – Neftçi
|
0:1
|
|
21.02.2012
|
Neftçi - Rəvan
|
1:0
|
|
28.10.2012
|
Rəvan – Neftçi
|
2:0
|
|
10.12.2012
|
Neftçi - Rəvan
|
2:0
|
