7 avqust 2013 14:20
Daha bir azərbaycanlı futbolçu türk klubunda!
Daha bir azərbaycanlı futbolçu Türkiyə klubuna baxışa yollanıb. Azerisport.az xəbər verir ki, bu, futbol ictimaiyyətinə o qədər də tanış olmayan gənc futbolçumuz Arzuman Məmmədovdu.
O, “Yalovaspor”un düşərgəsində baxışdadı. Həmyerlimiz bu komandanın düşərgəsində məşq etməklə yanaşı, yoxlama oyunlarında da forma geymək şansı qazanır. Amma məşqçilər korpusunun yekun qərarının necə olacağı hələlik bəlli deyil.
Qeyd edək ki, “Yalovaspor” 1963-cü ildə yaradılsa da, daim aşağı liqalarda çıxış edib. Hazırda isə bu komanda həvəskar regional liqada mübarizə aparır.
