7 avqust 2013 15:09
Geflenin yarımmüdafiəçisi Qarabağ ilə oyunu buraxa bilər
İsveçin “Gefle” klubunun yarımmüdafiəçisi Aleksandr Falsetas Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, o, komandasının son məşqlərinin birində zədələnib.
Bu üzdən futbolçunun sabah keçiriləcək oyunda meydana çıxıb-çıxmayacağı bilinmir.
Qeyd edək ki, “Gefle” – “Qarabağ” matçı sabah Sundsvalldakı “Norrporten Arena”da keçiriləcək və saat 22:00-da start götürəcək. İlk oyunda Ağdam klubu 1:0 hesablı qələbəyə sevinib.
