7 avqust 2013 15:23
Foqts bu həftə Bakıya gələcək
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun Bakıya dönəcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssisin ölkəmizə bu həftənin axırında gəlməsi gözlənilir.
O, Premyer Liqanın 2-ci turunun bəzi oyunlarını izləməyi planlaşdırır. Həmin oyunlardan sonra isə milli komandamızın təlim-məşq toplanışı start götürəcək.
Qeyd edək ki, yığmamızın toplanışı avqustun 14-nə qədər davam edəcək. Həmin gün millimizi Malta yığması ilə yoldaşlıq oyunu gözləyir.
