7 avqust 2013 16:05

Maksim Medvedev: Gefle ilə oyun bizim son illərdəki ən ciddi sınağımızdı

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
 
“Hiss edirəm ki, çox çətin oyun olacaq. “Qarabağ”ı hələ son illərdə belə çətin sınaq gözləməmişdi. Özü də oyun rəqib meydanında, süni örtüklü stadionda keçiriləcək. Hava şəraiti də Bakıdakından çox fərqlənir. Biz istiyə alışmışıq, rəqib isə soyuğa. Hətta yatanda da uzunqol köynəklə yatırıq”.
 
Təcrübəli müdafiəçi Riçard Almeydanın yoxluğuna da toxunub: “Əlbəttə, o, oynasaydı, bizə daha asan olacaqdı. O, topu özündə çox yaxşı saxlayır. İndi isə Almeydanın yoxluğunda müəyyən dəyişiklik qaçılmazdı. Amma düşünmürəm ki, hansısa radikal dəyişiklik olsun”.
 
Medvedev mərhələ adlamaq şansları barədə isə bunları söyləyib:

“Bakıda “Gefle”yə qalib gəldik. Onların hava ötürmələrinin qarşısını da uğurla ala bilirdik. Amma ev oyununda onlar daha aqressiv oynayacaqlar və güman ki, işimiz çətin olacaq. Əlimizdən gələni edib, rəqib hücumlarını zərərsizləşdirməliyik. Hücumçularımız isə ələ düşən hər qol şansından maksimum yararlanmağa çalışmalıdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.