7 avqust 2013 16:26
Berti Foqts azərbaycanlı jurnalistlərlə görüşəcək
Azərbaycan və Malta milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ərəfəsində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, toplantı avqustun 12-də, saat 16:00-da, “Sheraton Baku Airport Hotel”də baş tutacaq.
Xatırladaq ki, Azərbaycan - Malta yoldaşlıq oyunu avqustun 14-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək.
