7 avqust 2013 16:58
Millimizə daha 2 futbolçu çağırıldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına daha 2 futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, bunlar “Neftçi”də çıxış edən Emin Mehtiyevlə “Sumqayıt”ın şərəfini qoruyan Nurlan Novruzovdu.
Qeyd edək ki, U-21 yığmamızı qarşıda Bolqarıstanla yoxlama oyunu gözləyir. Sözügedən qarşılaşma avqustun 14-də Loveç şəhərindəki "Gradski" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
