7 avqust 2013 17:19
İnter uşaqları sevindirdi
Bu gün “İnter”in kollektivi Ramazan Bayramı münasibətilə Sabunçu rayonunun ərazisində yerləşən 22 saylı Uşaq Sanatoriyasını ziyarət edib. Azerisport.az xəbər verir ki, komandasının baş direktoru Natiq Məmmədov uşaqları Ramazan Bayramı münasibətilə təbrik edin və hər birinə can sağlığı, uğurlar arzulayıb.
Komandamızın kapitanı Vaqif Cavadov və Brüs Abdulay da uşaqları təbrik ediblər.
Sonra uşaqlara bayram sovqatı paylanılıb.
