7 avqust 2013 17:27
Simurq Xəzər Lənkəranla oyuna hazırlaşır (FOTOREPORTAJ)
Topaz Premyer Liqasının 2-ci turunda "Xəzər Lənkəran"ın qonağı olacaq “Simurq” hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, dünən axşam saatlarında növbəti məşqinə çıxan "Simurq" xüsusən taktiki ağırlıqlı təmrinlərdən ibarət çalışmaları yerinə yetirib.
İsinmə hərəktlərindən sonra topla məşqə start verən Georgi Çixradzenin yetirmələri qısa ötürmələr və qapıya zərbələr üzərində məşq etdikdən sonra, hazırlığı ikitərəfli oyunla tamamlayıb.
Komandanın hazırlıqlarını klub rəhbərliyi də yaxından izləyib. "Sarı-qaralar" bu gün bir məşqə çıxacaq. Avqustun 10-da isə komanda Lənkərana yola düşəcək və son məşqini qarşılaşmanın oynanılacağı meydançada edəcək.
