7 avqust 2013 17:36
Millimizin mətbuat üçün açıq məşqi olacaq
Futbol üzrə Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən hazırlıq prosesi avqustun 12-də, saat 19:00-da, "Bakcell Arena"da start götürəcək.
Qeyd edək ki, avqustun 14-də Azərbaycan yığmasını Malta millisi ilə yoxlama oyunu gözləyir.
