8 avqust 2013 18:34
Rəşad Sadıqov Gefle ilə oyunu buraxa bilər
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyununu buraxa bilər. Azerisport.az xəbər verir ki, buna səbəb onun bu gün səhər baş tutan son məşqdə zədə almasıdı.
Həkimlər hazırda təcrübəli futbolçumuzun meydana çıxması üçün əllərindən gələni edirlər. Sadıqovun oynayıb-oynamayacağına matç ərəfəsində aydınlıq gələcək.
Qeyd edək ki, “Gefle” – “Qarabağ” matçı bu gün keçiriləcək və saat 22:00-da start götürəcək.
