8 avqust 2013 20:15
İsgəndər Cavadov: Qarabağ yalnız qrupa vəsiqə qazanacağı halda, uğura imza atmış olacaq
Veteran futbolçumuz İsgəndər Cavadov “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Gefle” ilə ilk oyun göstərdi ki, bu komandanı məğlub etmək, mərhələ adlamaq olar. “Qarabağ” səfər oyununda uğurlu nəticə qazana bilər. Amma mən komandamızın bu mərhələni keçməsini böyük uğur hesab etməyəcəm. Çünki “Qarabağ” hələ illər öncə Avroliqanın pley-offuna vəsiqə qazanıb, güclü komandalarla qarşılaşıb. Biz komandadan ancaq qrup mərhələsinə vəsiqə qazanmağı gözləyirik. Bax bu, əsl uğur və bayram hesab oluna bilər”.
