8 avqust 2013 20:30
Vidadi Rzayev: Qarabağın səfər qələbəsindən daha çox, mərhələ keçməsi vacibdi
Veteran futbolçumuz Vidadi Rzayev “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İlk oyunda “Qarabağ” “Gefle”yə 2-3 qol vura bilərdi. Amma ələ düşən şanslardan yalnız birini dəyərləndirə bildilər. Səfər oyunu tam fərqli olacaq. Özü də komandanın heyətində Vüqar Nadirov, Riçard Almeyda kimi itkilər var. Amma Qurban Qurbanovun yetirmələrində xarakter var və buna görə komandamızın pley-offa vəsiqə qazanacağına inanıram. Mənə heç komandanın səfər matçında qələbə qazanması da yox, mərhələ adlaması vacibdi”.
