8 avqust 2013 11:43

Çumbinyo: İlk oyundakı qələbə arxayınlaşmağımıza əsas vermir

“Qarabağ”ın yarımmüdafiəçisi Çumbinyonun azerisport.az sayına müsahibəsi
 
- İsveç “Gefle”si ilə oyundan nə gözləyirsiz?
- Əminəm ki, bizi çox çətin qarşılaşma gözləyir. Cavab oyunları həmişə ağır olur. Amma biz yaxşı hazırlaşmışıq. Maksimum diqqətli olmağa çalışacağıq.
 
- Bakıdakı minimal hesablı qələbə “Gefle”ni keçmək üçün yetərlidi?
- İlk oyunda qalib gəlməyimiz yaxşı oldu. Çünki bu, çox vacib idi. Amma bu hesab arxayınlaşmağımız üçün yetərli deyil. Bizə səfərdə də qol vurmaq lazımdı.
 
- Bakıdakı oyunda debüt etməyinizə baxmayaraq, sanki uzun müddət bu komandada çıxış edirmiş kimi oynadınız...
- Mən sadəcə baş məşqçinin tələblərini yerinə yetirdim. Şadam ki, özümü göstərə bilmişəm. Ümid edirəm ki, İsveçdə də mənə olan ümidləri doğrulda biləcəm.
 
- Riçard Almeyda və Reynaldo bu oyunu buraxacaq. Bu, sizin çıxışınıza təsir göstərməyəcək?
- Biz kollektiv oyun sərgiləyirik. Hamı bir-birinə kömək edir. Braziliyalılar mənə xüsusi yardımçı olurlar. Çünki eyni ölkədənik, eyni dildə danışırıq. Gələcəkdə hər şeyin daha yaxşı olacağına inanıram.
 
- Artıq Premyer Liqamızda da debüt etmisiz. Azərbaycan çempionatı barədə ilkin düşüncələriniz necədi?
- Mənə çox çətin idi. Çünki oyun süni örtüklü arenada keçirilirdi. Mən mümkün qədər buna alışmağa çalışırdım. İnanıram ki, zaman keçdikcə komandama indikindən daha yaxşı kömək edə biləcəm.
 
- Siz “Qarabağ”ın aparıcı oyunçularından, liderlərindən biri olmağa qadirsiz?
- Bunun üçün üzərimdə çox çalışmağım lazımdı. İndi yaxşı formada olduğumu deyə bilmərəm. Lazım olan kondisiyaları yığdıqdan sonra komandam üçün əlimdən gələni etməyə hazır olacağam.
 
- Ağdam klubuna keçidiniz necə baş tutdu?
- Yunanıstanda olarkən yaxın tanışlarımdan biri mənə zəng etdi və Azərbaycandan təklif olduğunu bildirdi. Klub və ölkə barədə məlumat toplamağa başladım. Danışıqlar da uğurlu alınınca, bu komandaya keçməyə qərar verdim.
 
- Yunanıstanda keçirdiniz dövr barədə nə deyə bilərsiz?
- Orda möhtəşəm futbol atmosferi var və futbolun səviyyəsi də çox yüksəkdi. Yunanıstanda 3-4 komanda var ki, daim yüksək yerlər uğrunda oynayırlar. Mən onların bəzisinin şərəfini qorumuşam. Bütövlükdə, Yunanıstandakı karyeramı müsbət qiymətləndirirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.