8 avqust 2013 11:54
Land of Fire Azerbaijan ilə yola davam! (VİDEO)
“Bakı”nın rəsmi tərəftaşı olan Fransanın tanınmış futbol klubu “Lens” Liqa Kubokunun növbəti mərhələsinə yüksəlib. Azerisport.az xəbər verir ki, bu dəfə “Lens” “Angers” klubuna 2:1 hesabı ilə qalib gələrək Fransa Liqa Kubokunun ikinci mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, formalarında Azərbaycanın adını daşıyan klub Valvidiya və Tusqarın vurduğu qollar sayəsində qələbə qazanıb.
Beləliklə, “Lens” Fransa Liqasının 2 mərhələsində “Creteil” klubu ilə qarşılaşacaq. Oyun 28 avqust tarixində “Feliks Bollar” stadionunda keçiriləcək.
