8 avqust 2013 12:10
Qəbələnin oyunçusu Finlandiya ilə matça dəvət olundu
“Qəbələ”nin müdafiəçisi Deyan Kelhar komandadan ayrılmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, sloveniyalı futbolçu ölkəsinin yığma komandasına dəvət alıb.
Sloveniya millisi Finlandiya ilə yoxlama oyunu keçirəcək. Baş məşqçi Sreçko Kataneç yoxlama istədiyi oyunçular arasında Premyer Liqamızda çıxış edən futbolçuya da şans verib.
Qeyd edək ki, Finlandiya – Sloveniya matçı avqustun 14-də keçiriləcək və Bakı vaxtı ilə 21:00-da start götürəcək.
