9 avqust 2013 00:15
Rəşad Sadıqov: Pley-offda bizi oynadıqlarımızdan daha güclü rəqib gözləyir
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
- Çox çətin oyun alındı. Çox danışmaq istəmirəm. Bilirəm ki, Azərbaycanda da oyunumuza baxıblar. Hamını Ramazan Bayramı münasibətilə təbrik edirəm.
- “Gefle”nin oyunu Bakıdakından nə iləsə fərqlənirdi?
- Məncə, onlar elə hər iki oyunda eyni cür futbol oynadılar. Həm də biz onları çox yaxşı analiz etmişdik. “Gefle”nin oyunlarına baxmadığımız gün olmadı. Düzdü, rəqibin cavab matçında daha çox qol şansı oldu. Amma hər şey bizim üçün yaxşı qurtardı.

- Oyun günü səhər məşqində zədə almışdınız. İndi vəziyyətiniz necədi?
- Oyun ərəfəsində doğrudan çox qorxurdum ki, birdən komandama kömək edə bilmərəm. Amma şükür Allaha ki, hər şey yaxşı qurtardı.
- Oyun ərəfəsində doğrudan çox qorxurdum ki, birdən komandama kömək edə bilmərəm. Amma şükür Allaha ki, hər şey yaxşı qurtardı.
- Pley-off oyunlarından nə gözləyirsiz?
- Bu gün rəqibimizi tanıyacağıq. Başa düşürük ki, rəqibimiz əvvəl oynadıqlarımızla müqayisədə daha çətin olacaq. Amma sona qədər mübarizəmizi davam etdirəcəyik.