9 avqust 2013 00:27
Qurban Qurbanov: Gefle bizim gözlədiyimiz kimi oynadı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubuna qarşı keçirilmiş cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Yaxşı oyun alındı. İlk oyundan sonra biz rəqibi çox yaxşı analiz etmişdik. Hər şey biz planlaşdırdığımız kimi alındı. Burda da öz futbolumuzu oynamağa çalışdıq. Topu özümüzdə yaxşı saxladıq və yaxşı ki, qol buraxmadıq. Bu da müdafiədə diqqətli oynamağımızın nəticəsidi”.
