9 avqust 2013 00:36
Per Olsson: Qarabağın Avropa Liqasının qrupuna düşməyini səmimi qəlbdən istəyirəm
İsveçin “Gefle” klubunun baş məşqçisi Per Olsson Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qarabağ”ı təbrik edirəm. Yaxşı oyunçulardan qurulub, əla komandadı. Onlar çox ağıllı oyun sərgilədilər. Biz Bakıda yaxşı müdafiə olunmuşduq. Amma bu dəfə eyni dərəcədə diqqətli oynaya bilmədik. İlk qolu buraxandan sonra çox çətin vəziyyətə düşdük. Buna baxmayaraq, hücum qurmağa, qol vurmağa, növbəti mərhələyə adlamağa çalışırdıq. Sonadək mübarizə apardıq. Bütövlükdə pis oynamadıq. Ümid edirəm ki, “Qarabağ”a növbəti mərhələdə də münasib rəqib düşəcək və onlar Avroliqanın qrup mərhələsinə vəsiqə qazana biləcəklər. Bunu səmimi qəlbdən istəyirəm”.
