Qarabağın oyunçuları İsveçdə bayram namazı qıldılar
8 avqust 2013 12:50

“Qarabağ”ın futbolçuları və məşqçiləri Ramazan Bayramını Sundsvallda qeyd ediblər. Azerisport.az xəbər verir ki, bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İsveç “Gefle”si ilə qarşılaşacaq təmsilçimizin üzvləri artıq oruclarını açıblar.
Onlar bu səhər Sundsvallda olan yeganə məscidə yollanıblar. Burda bayram namazı qılan oyunçular Ramazanı məhz bu cür qeyd ediblər.
Qeyd edək ki, “Gefle” – “Qarabağ” oyunu bu axşam keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.