9 avqust 2013 00:54
Reynaldo: Ürəkdən, həmçinin azarkeşlər üçün oynadım
“Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mən ürəkdən, həmçinin azarkeşlər üçün oynadım. Şadam ki, mərhələ keçən tərəf biz olduq. Çünki çox yaxşı oynadıq. Eyni zamanda qol vurduğuma görə də sevincliyəm”.
