8 avqust 2013 13:35
Azərbaycan iki pillə irəlilədi
FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda iki pillə irəliləyib.
Belə ki, Berti Foqtsun çalışdırdığı komandamız indi 115-ci pillədə qərarlaşıb. Komandamızın hesabında ötən ay olduğu kimi, yenə də 298 reytinq xalı var.
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında yalnız Lüksemburqu qabaqlayırıq. Bu komanda bir pillə irəliləyib və hazırda 210 xalla 140-cı yerdə gedir. Şimali İrlandiya 2 pillə irəliləyib. İrlandlar hazırda 307 xalla yığmamızdan 109-cu sırada qərarlaşıblar. Mövqeyini qoruyan Portuqaliya 1099 xalla yeddinci sıradadı. Rusiya bir pillə irəliləyərək 979 xalla 16-cı yerdədi. İsrail də 1 pillə irəliləyib. Bu ölkənin millisi 540 xalla 63-cü yerdə gedir.
Reytinq siyahısının ilk onluğunda isə vəziyyət belədi: 1. İspaniya (1484 xal), 2. Almaniya (1257), 3. Kolumbiya (1219), 4. Argentina (1210), 5. Hollandiya (1165), 6. İtaliya (1142), 7. Portuqaliya (1099), 8. Xorvatiya (1098), 9. Braziliya (1089), 10. Belçika (1079).
Qeyd edək ki, növbəti reytinq cədvəli sentyabrın 12-də açıqlanacaq.
