8 avqust 2013 13:57
Şahin Diniyev: Qarabağ asanlıqla mərhələ keçəcək
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İlk oyun da göstərdi ki, komandamız rəqibindən güclüdü. Düzünü deyim ki, mən isveçlilərin “Qarabağ”ı nəyin sayəsində məğlub etmək istədiyini başa düşə bilmirəm. Hələ onlar Kipr “Anorthosis”inə necə dörd qol vurublar, bunu da anlamaq olmur. Fikrimcə, ağdamlılar asanlıqla növbəti mərhələyə keçəcəklər”.
