8 avqust 2013 14:19
Asim Xudiyev: Ümid edirəm ki, hakim Gefle - Qarabağ matçını obyektiv idarə edəcək
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İsveçdəki stadionun bu qədər pis qazonu olacağını gözləməzdim. Bu ölkədə süni örtüklü stadionlar çoxdu. Amma “Qarabağ”ın oynayacağı qazonun keyfiyyəti ümumiyyətlə çox pisdi. UEFA burda beynəlxalq oyunların keçirilməsinə icazə verib. Lakin inanmıram ki, belə bir qazonda pley-off oyununun keçirilməsinə razı olalar. Bu oyunun hakimi bir qədər təcrübəsizdi. Amma ümid edirəm ki, o, obyektiv hakimlik edəcək. Artıq oyunun inspektoru ilə görüşmüşəm və xahiş etmişəm ki, hakimlərdən maksimum diqqətli olmağı tələb etsin”.
