8 avqust 2013 14:56
Yunis Hüseynov: Qarabağ Gefle ilə səfər matçında nəticəyə oynamalıdı
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İsveç klubu o qədər də güclü deyil. İlk oyun göstərdi ki, Ağdam klubu rəqibindən daha güclüdü. Sadəcə, ilk oyunda bəxtimiz gətirmədi və cəmi bir qolla kifayətləndik. Riçard Almeydanın yoxluğu “Qarabağ”ın oyununa təsir göstərəcək. Çünki o, bu komandada vacib rol oynayır. Buna baxmayaraq, komandamıza inanıram. Onlar yaxşı başa düşürlər ki, bütün Azərbaycan “Qarabağ”dan nəticə gözləyir. Ağdam klubu ölkəmizi pley-offda təmsil etmək üçün bu görüşdə nəticəyə oynamlıdı”.
