8 avqust 2013 15:15
Qarabağ İsveçdə daha bir məşqə çıxdı (FOTO)
Bu dəqiqələrdə “Qarabağ” İsveçdə növbəti məşqə çıxıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün İsveçin “Gefle” klubunun qonağı olacaq təmsilçimiz adəti üzrə səhər məşqi keçməyə də qərar verib.
Qurban Qurbanovun yetirmələri ötən axşam yerli vaxtla saat 19:00-da Sundsvallda matçın keçiriləcəyi arenada məşqə çıxmışdı. Bu gün baş tutan hazırlıq prosesi isə arenanın təbii örtüyə malik ehtiyat meydançasında keçirilir.
Qeyd edək ki, “Gefle” – “Qarabağ” matçı süni örtüklü “Norrporten Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu komandalar arasında Bakıda keçirilmiş oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
