8 avqust 2013 15:34

Admir Teli: Qarabağ Gefleyə öz oyununu sərgiləməyə imkan verməməlidi

“Qarabağ”ın müdafiəçisi Admir Telinin Avropa Liqasının üçüncü təsnifat mərhələsinin İsveç “Gefle”si ilə cavab oyunu öncəsi azerisport.az saytına müsahibəsi
 
- Sundsvalla hansı ümidlərlə gəlmisiz?
- Komanda oyuna yaxşı köklənib. Çarter reysi ilə gəlməyimiz də xeyrimizə oldu. Çox rahat gəldik. Hər şey əladı!
 
- “Qarabağ” “Piast”la oyun öncəsi Polşaya bir gün əvvəl getmişdi. Amma İsveçə iki gün öncədən gəldiniz...
- Əlbəttə, indiki variant daha yaxşıdı. Birincisi İsveçə yolçuluq daha uzun idi. İkincisi də hava şəraitini nəzərə almaq lazım idi. Biz belə soyuq havaya az da olsa, alışmalıydıq. Lakin alışmalı olduğumuz başqa məqamlar da az deyil.
 
- Məsələn?
- Meydança. Biz cavab matçının süni örtüklü meydanda keçiriləcəyini bilirdik. Amma bu qədər də pis olacağını gözləmirdik. Bu, bir qədər məyusluq doğurur.
 
- Oyundan nə gözləyirsiz?
- Prinsipcə, biz mərhələ keçə bilərik. Amma rəqibimiz hələ Bakıdakı oyunda da göstərdi ki, təhlükəli vəziyyətlər yaratmağı bacarır. Düzdü, doğma divarlar arasında rəqibdən daha yaxşı oynamışdıq. Buna baxmayaraq, “Gefle” təhlükəli komandadı.
 
- “Gefle”nin ev oyununda daha təhlükəli olacağını düşünürsüz?
- Əlbəttə! Ümid edirəm ki, gözlədiyimiz qədər çətin matç olmaz. Amma necə də olmasa, səfərdə oynayırıq. Çalışacağıq ki, rəqibə öz oyununu sərgiləmək imkanı verməyək. Yaxşı müdafiə olunmağa borcluyuq. Xüsusilə standart vəziyyətlər zamanı diqqətli olmalıyıq.

- İsveç təmsilçisinin ucaboy oyunçularını necə dayandırmağı planlaşdırırsız?
- Onlarla mübarizə aparmaq çox ağırdı. Xüsusilə də “ikinci mərtəbədə”. Lakin sonadək döyüşməliyik. Daha hündürə tullanmaqla dayandırmağa çalışmalıyıq (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.