9 avqust 2013 03:12

Qarabağ rekordlarını yenilədi

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyununda 2:0 hesablı qələbəyə imza atan “Qarabağ” özünə məxsus olan rekordunu yeniləyib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi avrokuboklarda ardıcıl yeddi oyunda uduzmayan yeganə Azərbaycan klubu kimi tarixə düşüb.

Sonuncu dəfə 2011/12 mövsümündə Belçikada “Brügge”yə 1:4 hesabı ilə uduzan Qurban Qurbanovun komandası o zamandan bəri məğlubiyyət nə olduğunu bilmir. 2012/13 mövsümündə avrokuboklara vəsiqə əldə edə bilməyən “Qarabağ” bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkir. İlkin təsnifat mərhələsində Makedoniya “Metallurh”una hər iki oyunda eyni hesabla (1:0) qalib gələn Ağdam klubu ikinci mərhələdə Polşa “Piast”ını (2:1, 2:2) da məğlubiyyətsiz keçdi. “Gefle”yə də hər iki oyunda (1:0, 2:0) qalib gələn komandamız avrokuboklarda məğlubiyyətsiz oyunlarının sayını 7-yə çatdırıb.
 
Ağdam təmsilçisi eyni zamanda cari avrokuboklar mövsümündə 5-ci qələbəsini qazanıb. Bu isə avrokuboklar tarixində klublarımızın heç birinə qismət olmayıb. Bundan əvvəlki rekord da “Qarabağ”a məxsus idi. 2010/11 mövsümündə 4 qələbə qazanan komandamız cari mövsümdə nəinki bu bu rekordu təkrarladı, hətta yeni rekorda imza atdı. Bu, Azərbaycan klublarının bir mövsümdə qazandığı qələbələrin sayına da aiddi. Ağdamlılar bir mövsüm təmsilçilərimizin qazandığı qələbə sayını 8-ə çatdırmaqla daha bir rekorda öz imzasını yazdırmış oldu. Digər üç qələbədən biri “Xəzər Lənkəran”a, ikisi isə “İnter”ə məxsusdu.
 
Qeyd edək ki, “Qarabağ” həm də Avroliqanın pley-off mərhələsinə üçüncü dəfə çıxmağı bacaran ilk komandamız oldu. 2009/10 mövsümündə “Twente” (Hollandiya), 2010/11 mövsümündə “Borussia” (Dortmund) klubuna uduzan Ağdam təmsilçisinin bu dəfə hansı aqibətlə üzləşəcəyi böyük maraqla gözlənilir. Ümid edək ki, üçüncü cəhd uğurlu alınacaq və ötən il “Neftçi”nin imza atdığı bu uğura daha bir klubumuz imza atacaq.
 
“Qarabağ”ın məğlubiyyətsizlik seriyası:
 
2011/12
Qarabağ - Brügge (Belçika) - 1:0
 
2013/14
Qarabağ - Matellurg (Makedoniya) - 1:0
Matellurg (Makedoniya) - Qarabağ - 0:1
Qarabağ - Piast (Polşa) - 2:1
Piast (Polşa) - Qarabağ - 2:2
Qarabağ - Gefle (İsveç) - 1:0
Gefle (İsveç) - Qarabağ - 0:2

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.