9 avqust 2013 04:01
Avropa Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli oldu
Futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin üçüncü təsnifat mərhələsində mübarizə aparan 58 klub ötən gecə növbəti mərhələyə 29 vəsiqənin taleyinə aydınlıq gətirdilər.
Qeyd edək ki, Azərbaycan da Avroliqanın üçüncü təsnifat mərhələsində bir klubla təmsil olunurdu. Qitə arenasında tək qalan “Qarabağ” İsveç “Gefle”si ilə mübarizə aparırdı. Ağdam klubu bu rəqibini də məğlub edərək, adını pley-offa yazdırmağı bacardı.
Beləliklə, növbəti mərhələyə vəsiqə qazanan 29 klub mübarizəyə məhz pley-off mərhələsindən başlayacaq 18 iştirakçı, eləcə də Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin 15 məğlub komandası ilə birgə turnirin qrup mərhələsinə 31 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər. Onlardan biri də məhz “Qarabağ” olacaq.
Pley-off mərhələsinin ilk oyunları avqustun 22-də, cavab görüşləri isə bir həftə sonra - ayın 29-da keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
22-29 avqust
Mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlayan komandalar bunlardı: Tottenham (İngiltərə), Dinamo (Kiyev, Ukrayna), Braga (Portuqaliya), Fiorentina (İtaliya), Spartak (Moskva, Rusiya), AZ Alkmaar (Hollandiya), Beşiktaş (Türkiyə), Genk (Belçika), Dnepr (Ukrayna), Betis (İspaniya), Apollon Limassol (Kipr), St. Gallen (İsveçrə), Esbjerg (Danimarka), Pasching (Avstriya), Eintracht (Almaniya), Feyenoord (Hollandiya), Nice (Fransa), Atromitos (Yunanıstan).
Avroliqanın üçüncü təsnifat mərhələsində qələbə qazanan 29 komanda: Qarabağ (Azərbaycan), Maccabi (Hayfa, İsrail), Tromse (Norveç), Kukesi (Albaniya), Chernomorets (Ukrayna), Swansea (İngiltərə), Sevilla (İspaniya), Saint-Etienne (Fransa), Udinese (İtaliya), Petrolul (Rumıniya), Dila (Gürcüstan), Jablonec (Çexiya), Slovan (Çexiya), Trabzonspor (Türkiyə), Panduri (Rumıniya), Rijeka (Xorvatiya), Slask (Polşa), Rubin (Rusiya), Rapid (Avstriya), Astra (Rumıniya), Zalgiris (Litva), Kuban (Rusiya), Stuttgart (Almaniya), Estoril (Portuqaliya), Vojvodina (Serbiya), Standard (Belçika), Thun (İsveçrə), Minsk (Belarus), Aktobe (Qazaxıstan).
ÇL-in üçüncü təsnifat mərhələsinin məğlub komandaları: Maccabi (Təl-Əviv, İsrail), Molde (Danimarka), Partizan (Serbiya), Dinamo (Tiflis, Gürcüstan), APOEL (Kipr), Elfsborg (İsveç), Skenderbeu (Albaniya), Hafnarfjordur (İslandiya), Nomme Kalju (Estoniya), Sheriff (Moldova), Nordsjelland (Danimarka), Salzburg (Avstriya), PAOK (Yunanıstan), Grasshopper (İsveçrə), Zulte Waregem (Belçika).
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
|
Tottenham (İngiltərə)
|
Kuban (Rusiya)
|
|
Dinamo (Kiyev, Ukrayna)
|
Atromitos (Yunanıstan)
|
|
Braga (Portuqaliya)
|
Elfsborg (İsveç)
|
|
Rubin (Rusiya)
|
Maccabi (Təl-Əviv, İsrail)
|
|
Stuttgart (Almaniya)
|
Molde (Danimarka)
|
|
Sevilla (İspaniya)
|
Slovan (Çexiya)
|
|
Standard (Belçika)
|
Grasshopper (İsveçrə)
|
|
Fiorentina (İtaliya)
|
Thun (İsveçrə)
|
|
Udinese (İtaliya)
|
Slask (Polşa)
|
|
Spartak (Moskva, Rusiya)
|
Zulte Waregem (Belçika)
|
|
AZ Alkmaar (Hollandiya)
|
Jablonec (Çexiya)
|
|
APOEL (Kipr)
|
Apollon Limassol (Kipr)
|
|
Beşiktaş (Türkiyə)
|
Tromse (Norveç)
|
|
PAOK (Yunanıstan)
|
Aktobe (Qazaxıstan)
|
|
Salzburg (Avstriya)
|
St. Gallen (İsveçrə)
|
|
Genk (Belçika)
|
Qarabağ (Azərbaycan)
|
|
Saint-Etienne (Fransa)
|
Vojvodina (Serbiya)
|
|
Dnepr (Ukrayna)
|
Dinamo (Tiflis, Gürcüstan)
|
|
Trabzonspor (Türkiyə)
|
Esbjerg (Danimarka)
|
|
Betis (İspaniya)
|
Pasching (Avstriya)
|
|
Partizan (Serbiya)
|
Rijeka (Xorvatiya)
|
|
Swansea (İngiltərə)
|
Minsk (Belarus)
|
|
Eintracht (Almaniya)
|
Panduri (Rumıniya)
|
|
Feyenoord (Hollandiya)
|
Petrolul (Rumıniya)
|
|
Maccabi (Hayfa, İsrail)
|
Astra (Rumıniya)
|
|
Rapid (Avstriya)
|
Hafnarfjordur (İslandiya)
|
|
Nordsjelland (Danimarka)
|
Dila (Gürcüstan)
|
|
Estoril (Portuqaliya)
|
Skenderbeu (Albaniya)
|
|
Nice (Fransa)
|
Zalgiris (Litva)
|
|
Sheriff (Moldova)
|
Nomme Kalju (Estoniya)
|
|
Chernomorets (Ukrayna)
|
Kukesi (Albaniya)
|
