9 avqust 2013 15:01

Çempionlar Liqasında pley-offun püşkü atıldı: Fenerbahçe Arsenala rəqib oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq 20 klub bir-birinə rəqib olub.
 
Qeyd edək ki, onlardan 15-i üçüncü təsnifat mərhələsində qələbə qazanan kollektivlərdi: Basel (İsveçrə), Steaua (Rumıniya), Maribor (Sloveniya), Şaxtyor (Karaqandi, Qazaxıstan), Fenerbahçe (Türkiyə), Ludogorets (Bolqarıstan), Olympique (Lion, Fransa), Austria (Avstriya), Zenit (Rusiya), Dinamo (Zaqreb, Xorvatiya), Metallist (Ukrayna), Celtic (Şotlandiya), Viktoria (Çexiya), Legia (Polşa), PSV (Hollandiya).
 
Adı çəkilən 15 klub mübarizəyə məhz pley-off mərhələsindən başlayacaq 5 iştirakçı ilə birgə ÇL-in qrup mərhələsinə 10 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər. Pley-off mərhələsindən mübarizəyə qoşulan kollektivlər isə bunlardı: Arsenal (İngiltərə), Milan (İtaliya), Schalke (Almaniya), Real Sociedad (İspaniya), Pacos de Ferreira (Portuqaliya).
 
Çempionlar Liqası
Pley-off mərhələsi
20-21 avqust/27-28 avqust
 
Çempion komandalar
 
Səpələnmişlər: Basel (İsveçrə), Celtic (Şotlandiya), Steaua (Rumıniya), Viktoria (Çexiya), Dinamo (Zaqreb, Xorvatiya).
 
Səpələnməmişlər: Austria (Avstriya), Legia (Polşa), Maribor (Sloveniya), Ludogorets (Bolqarıstan), Şaxtyor (Karaqandi, Qazaxıstan).
 
Qeyri-çempion komandalar
 
Səpələnmişlər: Arsenal (İngiltərə), Olympique (Lion, Fransa), Milan (İtaliya), Schalke (Almaniya), Zenit (Rusiya).
 
Səpələnməmişlər: PSV (Hollandiya), Metallist (Ukrayna), Fenerbahçe (Türkiyə), Real Sociedad (İspaniya), Pacos de Ferreira (Portuqaliya).
 
Püşkatma nəticəsində aşağıdakı cütlüklər formalaşıb:
 
Dinamo (Zaqreb) - Austria
Ludogorets - Basel
Viktoria - Maribor
Şaxtyor (Karaqandi) - Celtic
Steaua - Legia
 
Olympique (Lion) - Real Sociedad
Schalke - Metallist
Pacos de Ferreira - Zenit
PSV - Milan
Fenerbahçe - Arsenal

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.