9 avqust 2013 18:35
Maksim Medvedev: Bizə çox güclü rəqib düşdü
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri olan Almaniyanın “Eintracht” klubu barədə ilk fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Şübhəsiz ki, bizə çox güclü rəqib düşdü. Elə “Eintracht”ın Bundesliqada oynaması bu komandanın gücündən xəbər verir. Artıq püşk atılıb və heç nəyi dəyişmək olmaz. Almanlarla oyunlara ciddi hazırlaşmaqdan başqa çıxış yolumuz yoxdu”.
