9 avqust 2013 19:04
Eintracht - Qarabağ matçına 40 min bilet satılıb!
UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 29-da Frankfurtda baş tutacaq “Eintracht” – “Qarabağ” oyununa artıq 40 min bilet satılıb. Azerisport.az xəbər verir ki, bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb.
Almaniyalı azarkeşlər bu oyuna biletləri hələ bu gün baş tutan püşkatmadan əvvəl, rəqib müəyyənləşmədən alıblar. Çünki “Eintracht”ın avqustun 22-29-da Avroliqada oyun keçirəcəyi məlum idi. Ona görə də biletlər əvvəlcədən satışa çıxarılıb. Hazırda satışda cəmi 2 min bilet qalıb. Bu mənada yalnız “Qarabağ”ın azarkeşləri və VİP qonaqlar üçün ayrılan yerlər istisnadı.
Maraq üçün bildirək ki, əslində “Eintracht” – “Qarabağ” matçının keçiriləcəyi “Waldstadion” stadionu 51 500 azarkeş tutumuna malikdi. Sadəcə, onun 9 300-lük hissəsi qapalıdı. Bu üzdən də satışa arenanın işlək hissəsi üçün biletlər buraxılıb.
Bu oyun üçün biletlərin qiymətinə gəlincə, yerdən asılı olaraq 17-55 avrodu. Əlillər və xəstə insanlar üçün isə bu, 9-11 avro aralığında dəyişir.
