9 avqust 2013 11:15
Qarabağın yekun potensial rəqibləri: Sevilla Bakıya gələ bilər!
UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın bu gün baş tutacaq püşkatma zamanı qarşılaşacağı yekun potensial rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA adəti üzrə komandaları müəyyən amilləri nəzərə almaqla qruplara ayırıb.
Beləliklə, “Qarabağ”ın rəqibi aşağıdakı beş komandadan biri olacaq:
Sevilla (İspaniya)
Standard (Belçika)
Eintracht (Almaniya)
Salzburg (Avstriya)
Nordsjælland (Danimarka)
